15:22
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “Dərnəgül” metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
AzerTimes FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində 900 m² sahədə məişət tullantıları və yararsız təkərlər, 3 ədəd ağac və yaxınlıqda ümumi sahəsi 8 m² olan külafirənginin yanar konstruksiyaları yanıb.
Bu barədə FHN məlumat yayıb.
Yaxınlıqdakı evlər və digər tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.