Yaya çox az qalıb, ona görə də dərinizin parlaqlığının qayğısına
bu gündən başlamaq lazımdır. Yayda ilk növbədə nəmləndirici və
asanlıqla dəriyə hopan, dəridə aktiv parıltı və plyonka effekti
qoymayan məhsullara keçməlisiniz. Tətbiq olunan məhsullardan ən
böyük effekt əldə etmək üçün dərini ölü hüceyrələrdən təmizləmək
lazımdır. Ultrasəs pilinq bu işdə sizə kömək edəcək. Ultrasəs
pilinq ASTHETIK LAB aparat kosmetoloji klinikasında ən populyar
xidmətlərdən biridir. Prosedura tələbat dərinin növündən və
baxımsızlıq dərəcəsindən asılı olmayaraq tez və zəmanətli nəticə
ilə izah olunur. Bundan əlavə, bu cür pilinq narahatlıq yaratmır və
reabilitasiya tələb etmir. Dərinizi yaya hazırlamaqda ikinci addım
– nəmləndirmədir. Klinikamızda siz aparat mezoterapiyasından keçə
bilərsiniz, bunun sayəsində tərkib dəriyə ağrısız, tez və effektiv
şəkildə “çəkilir”. Mezokokteyllərin tərkibi dəri tipinizə,
yaşınıza, dəri xüsusiyyətlərinə uyğun olaraq mütəxəssis tərəfindən
seçilir. Aparat mezoterapiyası quru, solğun dərisi olan pasiyentlər
üçün, qeyri-sağlam dəri rəngi olduqda tövsiyə edilir. Dərin
qırışlar inyeksiya olmadan dərhal 30% azalır. Mezoterapiya alında,
göz ətrafında və dodaq ətrafında yerləşən aydın qırışların
korreksiyası üçün idealdır, dərinin elastikliyini və möhkəmliyini
artırır və dərini vitaminlərlə təmin edir.
Həmçinin, yay ərəfəsində üz ovalının deformasiyasının aradan
qaldırılması üzərində işləmək mütləqdir. 25 yaşdan sonra kollagen
və elastinin sintezi tədricən azalır, dəri təbii elastikliyini və
tonunu itirir, göz ətrafında ilk qırışlar əmələ gəlir. Onlara qarşı
mübarizədə çoxları liftinq effektli üz kremi, üz ovalını qaldırmaq
üçün müxtəlif maskalar və digər yanaşmalardan istifadə edir, lakin
bu cür cavanlaşdırma üsulları dəri yaşlanmasının ciddi
problemlərinin öhdəsindən gələ bilmir. Göstərişlərdən asılı olaraq,
aparatla cavanlaşdırma kursu kosmetoloq tərəfindən fərdi olaraq
seçilir. Bununla yanaşı, cərrahiyəsiz üz gərmə əməliyyatı üçün
yuxarı yaş həddi yoxdur. Əməliyyatsız üz liftinqi bu gün reallığa
çevrilib. Metodika reabilitasiya və ağrıkəsici tələb etmir,
praktiki olaraq yan təsirlərə səbəb olmur. ASTHETIK LAB
klinikasında sizə cərrahiyəsiz üz gərmə əməliyyatı üçün düzgün
variant seçəcəklər: mikrotok terapiyası, SMAS-liftinq,
RF-liftinq.
ÄSTHETIK LAB klinikası almaniyanın müasir avadanlığı ilə təchiz
olunmuş üç korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir.
Klinikanın əsas istiqamətləri aparat kosmetologiyası və
trixologiyadır. Klinikada 100-dən çox mütəxəssis çalışır.
Ünvan: Аzadlıq prospekti 124.
Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə
bilərsiniz: +994125555534, +994504000303