Dərbənddən Moskvaya gedən sərnişin avtobusu Dağıstan ərazisində yanıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə baş idarəsindən məlumat verilib.
Məlumata görə, avtobusda sürücü ilə birlikdə 23 nəfər olub. Yanğın nəticəsində sürücü yanıq xəsarətləri alıb.