Dərbənddə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə silahlılar arasında qarşıdurma davam edir. Silahlılarla atışmaların getdiyi Dərbəndə köməyə gələn Dağıstan İşıqları Polis İdarəsinin rəisi öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dərbəndli həmkarlarına köməyə gələn Dağıstan İşəqları polis idarəsinin rəisi ağır yaralanıb. Həkimlər ona kömək edə bilməyib və o, həlak olub”, – idarədən bildirilib.
Xatırladaq ki, Mahaçqala və Dağıstanda iki kilsə və bir sinoqoqa hücum edilib. Hazırda hər iki şəhərdə terrorçulara qarşı əməliyyat keçirilir.