Dağıstanın Dərbənd şəhərində yenidən silahlı atışma başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hüquq-mühafizə orqanları Dərbənddə qara rəngli “Lada Vesta” markalı avtomobili axtarır.
Qeyd edək ki, Dərbənd və Mahaçqalada kilsə və sinaqoqa hücum edilib. Hücum nəticəsində rəsmi məlumata görə, 6 polis ölüb, 12-si yaralanıb. Silahlılardan ən azı 2-nin öldürüldüyü bildirilir.
Eyni zamanda Dərbənddə keşişin boğazı kəsilərək qətlə yetirilib, Mahaçqalada isə mühafizəçi öldürülüb.