Dərbənd şəhərində kafedə naməlum şəxs insanlara atəş açıb.
AzerTimes xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, həmin şəxs əvvəlcə kafedə əyləşib, biri ilə söhbət etdikdən sonra çölə qaçıb və oradan kafedə olanlara atəş açmağa başlayıb, daha sonra ərazidən uzaqlaşıb.
Atışmada 38 yaşlı bir nəfər xəsarət alıb.
Rusiya DİN-in məlumatına görə, hadisə travmatik tapança ilə törədilib. Hazırda axtarışlar aparılır.