Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
“Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər. Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır”, – məlumatda bildirilib.