Dərbənd şəhərində antiterror əməliyyatlarının aktiv fazası başa çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında deyilir.
Əməliyyat zamanı iki silahlı məhv edilib.
Xatırladaq ki, Mahaçqala və Dağıstanda iki kilsə, bir sinoqoq və yol polisi postuna hücum edilib. Daha sonra hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurmalar yaşanıb. Atışmalar zamanı çoxsaylı ölən və yaralanan var.