Pakistanın Hayber-Paxtunxva əyalətində parlament seçkilərində iştirak etmək üçün qeydə alınmış müstəqil namizəd Malik Kalimullah Xanın avtomobili atəşə tutulub.
AzerTimes Report-a istinadən xəbər verir ki, nəticədə deputatlığa namizəd və onun iki mühafizəçisi öldürülüb.
Hələlik bölgədə fəaliyyət göstərən radikal qruplaşmaların heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.