Millət vəkillərinin irəli sürdüyü bütün məsələlərə mümkün
çərçivədə baxılacaq.
AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.
Qazlaşma ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən
Baş nazir bildirib ki, Azərbaycanda 97 faiz qazlaşma həyata
keçirilib.
“Dünyanın ən böyük qaz ixracatçısı olan ölkələrdə belə bu qədər
qazlaşma yoxdur. Düzdür, müəyyən problemlər var və o problemlərin
həlli istiqamətində işlər görülür”, – deyə Baş nazir əlavə
edib.