Deputatlardan millimizə nümunə: bürünc qazandılar

Deputatlardan millimizə nümunə: bürünc qazandılar

Noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turniri keçirilib. Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak edib.

AzerTimes xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat yayıb.

Beynəlxalq turnirdə Azərbaycan Milli Məclisini vitse-spiker Adil Əliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Cəbi Quliyev, Naqif Həmzəyev, Tural Gəncəliyev, Vüqar Bayramov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Milli Məclis sədrinin köməkçisi Aqşin Hümmətov, şöbə müdirinin müavini Emin İmanov, Aparat rəhbərinin köməkçisi İlham Həsənov, Parlament Aparatının əməkdaşları Rüfət Ələkpərov və Təbriz Tağıyevdən ibarət futbol komandası təmsil edib.

Komandanın baş məşqçisi keçmiş futbolçu İsgəndər Cavadov olub.

B qrupunda mübarizə aparan Milli Məclisin komandası ümumilikdə 4 oyunda 3 qələbə qazanaraq yarışı bürünc medallarla başa vurub. Komandamızın yeganə məğlubiyyəti yarışı çempion kimi tamamlayan Rumıniya komandasına qarşı oyunda qeydə alınıb. Turnirin final matçında Rumıniya komandası qalib gələrək birinci yerə çıxıb.

Teqlər: