Deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Mayın 21-də Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə, deputatlar Erkin Qədirli və Kamal Cəfərov isə bu təşkilatın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün Kipr Respublikasının Larnaka şəhərinə səfər edəcəklər.

Bu barədə AzerTimes-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə iclaslarında əmək, sosial, sağlamlıq və digər insan hüquqları, həmçinin sosial müdafiə mövzularında məruzələr dinləniləcək, insan alverinə, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Deputat Kamal Cəfərov AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında “Birləşmiş Krallığın insan hüquqları qanunvericiliyində islahatları: daxildə və Avropada insan hüquqlarının qorunması kontekstində nəticələri” mövzusunda məruzə ilə çıxış edəcək.

Teqlər: