Deputatın “təlxək” sözünə aktyorların cavabı belə oldu – Video

Deputatın “təlxək” sözünə aktyorların cavabı belə oldu – Video

“Komedixana” aktyorları ilə deputat Etibar Əliyev arasında qalmaqal növbəti mərhələyə qalxıb.

AzerTimes xəbər verir ki, hər şey deputat Etibar Əliyevin bir müddət öncə “Komedixana” haqda tənqidi fikirlərindən sonra alovlanmağa başladı.

“Təsadüfən Xəzər TV-nin “Komedixana” kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: Görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi?” – deputat yazmışdı.

Etibar Əliyev Xəzər TV rəhbərini (tanınmış şoumen Murad Dadaşov – red.) də hədəf almışdı və bildirmişdi ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər:

“Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz? Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər”.

E.Əliyevin bu sözlərinə xalq artisti Naibə Allahverdiyeva da dəstəkləmiş, efirdə şit-şit hərəkətlərə yol verildiyi, xalqın nümayəndələrinin təhqir edildiyi, onların sənətlərini satdığını iddia etmişdi.

“Komedixana”nın əsas simalarından olan Cavidan Novruz (xalq artisti Ramiz Novruzun oğlu) isə N.Allahverdiyevaya çox sərt cavab vermişdi.

Bu qalmaqalın davamı olaraq “Komedixana” növbəti səhnələrində E.Əliyevi tənqid edib ki, bu da ocağın üstünə yağ töküb.

Teqlər: