Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru və onun zirvəsidir.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O qeyd edib ki, bu, həm də 44 günlük Vətən müharibəsində şəhid vermədən Kəlbəcər, Laçın və Ağdamın işğaldan azad edilməsində özünü ifadə edən diplomatik nailiyyətin məntiqi davamıdır:
“Əvvəldən də dövlət başçısının siyasətini dərk edən və onla bərabər olan hər bir şəxs, Azərbaycan xalqının mütləq əksəriyyəti Vətən müharibəsindən sonra sülhməramlıların orada olmasını müvəqqəti hal kimi yanaşırdı. Əli Kərimli və onun ətrafında olanlardan fərqli olaraq, düşünürdük ki, İlham Əliyev ölkədə erməni separtizminə son qoymağı başlıca hədəf götürüb. Prezident də bu yolda ən müxtəlif üsullardan istifadə edərək hədəfə nail oldu. Bu gün Əli Kərimli və onun ətrafında olanlar əgər özlərində zərrə qədər ləyaqət hissi daşıyırlarsa, Prezidentin önündə baş əyərək ondan və Azərbaycan xalqından etmiş olduğu yalanlara görə üzr istəməlidir”.