Ukraynaya təhvil verilən F-16 qırıcısı səhvən “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya deyib.
“Məndə olan məlumata görə, ukraynalı pilot Aleksey Mesin F-16 təyyarəsi bölmələr arasında koordinasiya pozulduğuna görə “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub”, – deyə o Teleqram kanalında yazıb.
Qeyd edək ki, Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğradığı və pilotun öldüyü rəsmən təsdiqlənib. Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.