Deputatdan rus sədrə: Utanmırsan, qırğız dilini bilmirsən?

Deputatdan rus sədrə: Utanmırsan, qırğız dilini bilmirsən?

Qırğızıstan parlamentinin (Joqorku Keneş) iclası zamanı gərgin anlar yaşanıb.

AzerTimes xəbər verir ki, deputat Kunduzbek Süleymanov Turizmin inkişafına dəstək fondunun sədri Yelena Kalaşnikovanın qırğız dili bilməməsinə qəzəblənib.

Müzakirə zamanı Süleymanov Kalaşnikovadan neçə il Qırğızıstanda yaşadığını soruşub, xanım sədr də “25 il” cavabını verib.

“Nə üçün siz hələ də qırğız dilində salamlaşmanı bilmirsiniz? Dünənki çıxışdan bəlli idi ki, siz qırğız dilini bilmirsiniz? Siz turizmi inkişaf etdirmək istəyirsiniz? Bu, sizi utandırmır? “, – deyə deputat deyib.

“Mən Qırğızıstanı xaricdə tanıtmaq istəyirəm. Dil öyrənmək isə birinci zərurətdirsə, öyrənərəm”, – deyə fond rəhbəri cavab verib.

“Niyə bunu birinci zərurət hesab etmirsiniz?” –Süleymanov soruşub.

“Düşünürəm ki, bu lazımdır”, – Kalaşnikova bildirib.

“Nə üçün hələ də qırğız dilini bilmirsiniz? Heç olmasa cəhd etdiyinizi necəsə bildirin. Oturun, dinləyin. Sizi heç kimlə müqayisə etmək istəmirəm. Sadəcə sizə ayıb olmalıdır. Vəzifə tutasan və dilə, adət-ənənələrə hörmət etməyəsən… Biz xalqın nümayəndəsi olaraq bunu sizə deməliyik. Bu, sizin üçün mənfidir”, – deputat söyləyib.

Qeyd edək ki, Y.Kalaşnikov həm də Qırğızıstanın Ak-Sai Travel şirkətinin rəhbəridir.

Teqlər: