Deputat “yetim-yesir” sözünə aydınlıq gətirdi

Deputat “yetim-yesir” sözünə aydınlıq gətirdi

Mən “yetim-yesir” cümləsini ironiya ilə demişəm. Orada əsas məsələ süni qiymət artımı idi. “Bakuş” heç bəlkə də satışda yoxdur. Sadəcə mən onu misal çəkmişəm.

Bu sözləri AzerTimes-a açıqlamasında deputat Rüfət Quliyev Milli Məcilisdə çıxışı zamanı“yetim-yesir” deməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, məqsəd kimisə alçaltmaq yox, süni qiymət artımının qarşısını almaq olub:

“Qiymət artıranlar insanların cibinə girirlər. Onlar işbaz yox, cibgirdirlər! Mən “yetim-yesir” söhbətini deyəndə, demək istədim ki, yetim yesirin də cibinə girib, 30 qəpiyinə göz dikirlər. Elə marketlər var ki, fırıldaqçılıqla günə 1000-1500 manat əlavə pul qazanır.

Yaxşı ki, çıxışımda bunları dedim. Artıq marketlərə tapşırıqlar verilib. Əgər bunu mən deməsəm, başqası deyəcəkdi. Mənim üçün önəmli olan odur ki, dövlətin siyasəti həyata keçsin və insanlar rahat yaşasınlar”.

Qeyd edək ki, deputatın “yetim-yesir” sözü sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Teqlər: