Deputat yeni universitet yaradılmasını təklif etdi

Deputat yeni universitet yaradılmasını təklif etdi

Dekabrın 2-də Prezident İlham Əliyev və Mehriban xanım Şəkiyə səfər edərək bir sıra infrastruktur layihələrinin açılışında iştirak edib. Biz bunu dəstəkləyirik.

AzerTimes xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Əli Məsimli deyib.

Əli Məsimli əlavə edib ki, Qaraməryam-İsmayıllı yolunun açılışı Balakəndən Şəkiyə deyil, Bakıya qədər olan bütün rayonların inkişafına xidmət edəcək.

Deputat əlavə edib ki, bu il Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının 30 illiyi təntənəli şəkildə qeyd edilib:

“Bu filialın regionun inkişafında böyük rolu olub. Mən özüm də orada mühazirələr oxuyuram. Hesab edirəm ki, Şəki filialının müstəqil universitetə çevrilməsinin zamanı çatıb. Rayon ziyalıları ilə söhbətimdən gəldiyim qənaət budur ki, Şəki filialı müstəlil universitetə çevrilisə, onlarla ziyalı burada dərs deməyə və mühazirə oxumağa hazırdır”.

Teqlər: