Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və millət vəkili Kamaləddin Qafarov M.Ə.Rəsulzadə qəsəbəsinin H.Ağamalıyev küçəsində partiya fəalları ilə görüşüblər.
AzerTimes xəbər verir ki, görüşdə sakinlər qəsəbədə yerləşən kitabxananın əsaslı təmiri, kanalizasiya xəttlərinin təmir olunması və yenilənməsi kimi vacib məsələlərə toxunublar.
Qaldırılan məslələrlə bağlı bildirilib ki, kitabxananın təmiri olunması ilə əlaqədar Mədəniyyət Nazirliyinə, kanalizasiya xəttlərinin təmir olunması və yenilənməsi üçün “ Azərsu” Açıq Səhimdar Cəmiyyətinə məktub göndərilib.
Tədbirdə iştirak edən partiya fəalları və sakinlər belə görüşlərin təşkilindən razılıqlarını bildiriblər.