Deputat Tamam Cəfərova Şamaxıda seçiciləri qəbul edib (FOTO)

Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxıda deputat ofisində seçiciləri qəbul edib.

AzerTimes-ın məlumatına görə, 11-12 mart tarixlərində səhər saat 10:00-dan 15:00-a qədər davam edən vətəndaş qəbulunda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon sakinləri olmaqla, ümumilikdə 50 nəfər seçici qəbul olunub, onları narahat edən məsələlər dinlənilib.

Seçicilərin müraciətləri şəhid adının əbədiləşdirilməsi, qazilərin müalicəsi, məşğulluq, zəlzələdən zərər çəkmiş evlərin təmir və bərpası, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər, yol infrastrukturun müasirləşdirilməsi, içməli su təminatı, ünvanlı sosial yardımın müəyyən olunmasında yaranan problemlər və s. ilə əlaqədar olmuşdur.


Deputat Tamam Cəfərova şəhid ailələri və qazilərlə söhbəti zamanı bildirib ki, onların problemləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir. Müqəddəs şəhidlərimizin adının Şamaxı rayonunda da əbədiləşdirilməsi üçün artıq əməli addımlar atıldığını bildirib.

Vətəndaşların müraciətləri ilə əlaqədar qeydiyyat aparılıb. Bəzi müraciətlər yerindəcə həll olunub. Digər müraciətlər haqqında müvafiq dövlət qurumlarına aidiyyatı üzrə deputat sorğuları göndəriləcəyi bildirilib.

Teqlər: