56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat şəhəri və ətraf kəndlərdə yaşayan şəhid və aztəminatlı ailələrə “Damla” İctimai Birliyi tərəfindən Qurban bayramı münasibətilə sovqat paylanılıb.
AzerTimes-ın məlumatına görə, bayram münasibətilə ümumilikdə 194 nəfərə qurban əti, 94 ailəyə maddi yardım və uşaqlar üçün geyim, 90 nəfərə isə köynək dəsti paylanılıb.
Yardım aksiyası Xudat şəhər mərkəzi daxil olmaqla, köhnə Xudat, Susayqışlaq, Qusarçay, Ləcət, Yalama, Əhmədoba inzibati ərazi dairələrini, Çaykənarı, Maqsudkənd, Yeni Həyat, Mürşüdoba, Niyazoba, Qımılqışlaq kəndlərini əhatə edib.
Sakinlər xeyirxah təşəbbüsə görə millət vəkilinə və “Damla” İctimai Birliyinə təşəkkürlərini ifadə ediblər.