Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xaçmazda səyyar göz müayinəsi keçirilib (FOTO)

Xaçmaz rayonunda “Azercell” Mobil Göz Klinikası və Xəzər Qayğıkeşlik Layihəsi Humanitar İctimai Birliyi tərəfindən səyyar göz müayinələri keçirilib.

AzerTimes-ın məlumatına görə, aksiya Milli Məclisin deputatı Sevil Mikayılovanın təşəbbüsü ilə təşkil edilib və əsasən şəhid ailə üzvləri, qazilər və aztəminatlı ailələri əhatə edib.

Oftalmoloq Arzu Eyvazova və Layihələr üzrə menecer Lalə Mahmudova tərəfindən aparılan müayinələrin sonunda müraciət edən vətəndaşlar müəyyən müalicə və lazım olduğu halda eynəklə təmin olunublar.

Aksiyadan məmnun qalan sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, belə tədbirlərin daha sıx olmasını arzu ediblər.

Teqlər: