32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən Milli Məclisin deputatı Afət Həsənova 2020-ci ildə seçicilərin qəbulu, təmsil etdiyi rayonda qaldırılan məsələlərin həlli istiqamətində gördüyü işlərin hesabatını verib.
AzerTimes-ın məlumatına görə, qeyd olunan müddət ərzində qəbul zamanı seçiciləri ilə səmimi söhbət edən və onlarla qarşılıqlı müzakirələr aparan A.Həsənova hər bir seçicinin qaldırdığı məsələni diqqətlə dinləyib, həlli mümkün olan məsələlərlə bağlı operativ tədbirlərin görülməsini təmin edib, o cümlədən icra başçsının və aidiyyatı məsul şəxslərin iştirakı ilə bir sıra problemlərə yerində baxış keçirib.
Beləki, A.Həsənova ötən müddət ərzində sosial məsafə və karantin rejimi ilə əlaqədar digər tələblər gözlənilməklə deputat qərargahımda, eyni zamanda onlayn qaydada da ümumilikdə 51 seçici qəbul edib, onların problemləri dinləyib, o cümlədən seçicilərə müvafiq hüquqi izah verilib, həlli mümkün məsələlərlə bağlı yerində tədbir görülüb. Qaldırılan digər problemlərlə bağlı aidiyyəti üzrə müraciətlər edilib və məsələlər nəzarətə götürülüb.
Bundan əlavə pandemiya ilə əlaqədar müraciət etmiş 200-dən çox aztəminatlı ailəyə ərazaq və ya maddi yardımın verilməsi təmin edilib.
Həmçinin hesabat dövrü ərzində deputatın ünvanına ayrı-ayrı məsələlərlə bağlı yazılı və şifahi olmaqla 286 müraciət daxil olub, onlardan 207-si müsbət həll edilib, 48-i əsassız sayılıb, 31-i isə aidiyyəti üzrə ünvanlanıb.
Eyni zamanda müvafiq seçki dairəsi üzrə xüsusi əhəmiyyət daşıyan problemlərin aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında, Milli Məclis və Milli Məclisin Komitə iclaslarında qaldırılmaqla bir qisminin həllinə nail olunub.
Belə ki, hesabat dövrü ərzində Yeni Suraxanı qəsəbəsinin ən ciddi ekoloji problemi, neft çıxarılması nəticəsində əmələ gələn kimyəvi tərkibli texniki suların (lay suları) Yeni Suraxanı qəsəbəsində torpaq səthində aşkar surətdə axıdılmasın aradan qaldırılmasına nail olunub. Məsələ Milli Məclisdə (15.09.2020) qaldırılıb, eyni zamanda SOCARA məktublarla (12.08.2020 və 22.09.2020) müraciət edilib və nəticədə Yeni Suraxanı qəsəbəsində neft çıxarılması prosesində əmələ gələn texniki (lay) suların yeraltı boru vasitəsi ilə axıdılmasını təmin etmək məqsədilə zəruri tədbirlərin görülməsinə başlanılıb və hazırda bu işlər intensiv şəkildə icra olunmaqdadır.
Bundan əlavə Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən 2025-ci ilədək inşası nəzərdə tutulmuş müasir standartlara cavab verən yeni peşə təhsili müəssisələrindən müəyyən sayda Suraxanı rayonun əsazisində də tikilməsinin vacibliyi ilə bağlı qaldırılan məsələ qismən öz həllini tapıb. Belə ki, qeyd olunan məsələ Milli Məclisdə (27.10.2020) və aidiyyatı qurumlar qarşısında qaldırılıb və nəticədə məsələnin həlli ilə bağlı tədbirlərin görüləcəyi və növbəti dövlət proqramında nəzərə alınacağı diqqətə çatdırılıb.
Seçicilər tərəfindən qaldırılan Suraxanı rayonu üzrə mərkəzləşdirilmiş kanalizasiya xəttinin yenidən qurulməsı işlərinin sürətləndirilməsi, şagirdlərimizin https://virtual.edu.az/ saytına ödənişsiz və maneəsiz daxil ola bilməsinin təmin edilməsinə köməklik göstərməsi və digər bütün məsələlər Milli Məclisdə və aidiyyatı ququmlar qarşısında qaldırılıb və həmin məsələlərin həll edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.