Deputat Şahin Seyidzadə mandatından imtina edir

Milli Məclisin deputatı Şahin Seyidzadə deputat mandatından
imtina etməsi ilə bağlı ərizə yazıb.

AzerTimes-ın məlumatına görə, Ş.Seyidzadənin mandatından imtina ilə
bağlı ərizəsi Mərkəzi Seçki Komissiyasına (MSK) göndərilib.

Ərizəyə yaxın günlərdə MSK tərəfindən baxılması gözlənilir.

Qeyd edək ki, bu il martın 3-də Şahin Kamil oğlu Seyidzadə
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri təyin edilib.

Xatrladaq ki, sabah MSK-nın iclasının keçirilməsi nəzərdə
tutulur.

Teqlər: