Rusiyanın Böyük Britaniyadakı səfirliyi əsir düşmüş Azov alayının döyüşçülərini asaraq edam etməyi təklif etdiyi üçün Britaniyanın Leyboristlər Partiyasından olan deputat Kris Brayant Rusiya səfirliyinin ölkədən çıxarılmasını istəyib.
AzerTimes xəbər verir ki, bu barədə Kris Brayant Tvitter səhifəsində yazıb.
“Bu, qeyri-qanunidir, hərbi cinayətlərə çağırışdır. Böyük Britaniyanın bütün Rusiya səfirliyini Moskvaya geri göndərməsinin vaxtı çatıb. Liz Trass (xarici işlər naziri – red), siz nə edəcəksiniz?”, – deputat tvitində soruşub.
Məlumatda bildirilir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak rusiyalı diplomatların bu bəyanatını şərh edərkən əsir düşən əsgərləri asmaq hökmünü yalnız terrorçuların verə biləcəyini deyib.