Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.
Deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.
Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, millət vəkilinin vəziyyəti orta ağır stabildir.