Deputat Rauf Əliyev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Milli Məclisin deputatı Rauf Əliyev 26 iyul 2021-ci il tarixində Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuşdur. Görüşdə hazırda bütün dünyanı bürüyən pandemiya şəraitində dünyanın ən böyük idman bayramı olan 2020 Yay Olimpiya Oyunlarının Yaponiyanın paytaxtı Tokioda keçirilməsinin böyük əhəmiyyət daşıdığı vurğulanmışdır.

Qeyd olunmuşdur ki, 2022-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə əlaqədar “2022-ci il Yaponiya-Azərbaycan Dostluq ili” elan edilmiş və bununla əlaqədar müsabiqə əsasında xüsusi Loqo seçilib təstiq olunmuşdur. Keçən illər ərzində Yaponiya şirkətləri Azərbaycanda enerji, elektrik enerjisi, ticarət, kənd təsərrüfatı, təhsil, turizm, xidmət və digər sahələrdə aktiv fəaliyyət göstərir. Xüsusən , Yaponiya şirkətləri Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinə uzun müddət töhfə vermişdir. Eyni zamanda Yaponiya şirkətlərinin qeyri-neft sektoruna maraq göstərdiyi qeyd olunmuş bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş perespektivlərin olduğu vurğulanmışdır.

Teqlər: