Xəbər verdiyimiz kimi, növbədənkənar parlament seçkilərində iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, 125 seçki dairəsi üzrə mübarizə aparacaq namizədlər arasında yaşlı şəxslər də var.
Ən yaşlı namizəd 1938-ci il təvəllüdlü Oqtay Qəmbər oğlu Zeynalovdur. Onun 86 yaşı var.
Digər yaşlı namizədlərdən 1-nin 84, 1-nin 79, 1-nin 78, 1-nin 77, 2-nin 76, 3-nün isə 75 yaşı var. Yaşlı namizədlərin bir neçəsi hazırda deputatdır.
Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.