Deputat neftçiləri təbrik edib

Hər il 20 sentyabr Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər Günü”nün peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.

1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin gərgin zəhməti və səyi nəticəsində “Azəri-Şıraq-Günəşli” yataqlar blokunun məhsullarının bölüşdürülməsi haqqında saziş imzalanıb. Bu haqlı olaraq tarixə “Əsrin müqaviəsi” kimi düşüb. 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın gələcək inkişafı üçün həlledici imkanlar yarandı, həmdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevirdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz Avropada enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji strategiyası Azərbaycana böyük uğurlar qazandırır. “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XI əsrin nəhəng razılaşmalarından biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan iqtisadi və siyasi matağı da gücləndirib.

20 sentyabr – Neftçilər Günü münasibəti ilə Azərbaycanın bütün neftçilərinin peşə bayramlarını təbrik edir, onlara işlərində və həyatlarında yeni-yeni uğurlar arzu edirəm.


Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: