Deputat nazirin bu fikrini tənqid etdi

Deputat nazirin bu fikrini tənqid etdi

Azərbaycanda hakimlərin sayı orta Avropa göstəricilərindən çox aşağıdır. Hakimlər həddindən artıq yükləniblər.

AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Mətbuatda və sosial şəbəkədə bir məsələ müzakirə olunur. Əhalinin sosial müdafiə və əmək hüquqlarını qorumalı olan hökumət üzvlərindən biri təhsillə bağlı konfransda deyib ki, Azərbaycana hüquqşünaslar yox, aqronom lazımdır. Bu fikri hüquq diplomu olan şəxs deyib. Bunu hansısa kolxozun baş aqronomu desəydi, bəlkə də başa düşmək olardı”, – deputat bildirib.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumundakı çıxışında bu gün ölkədə universitetlərin ehtiyacdan çox sayda hüquqşünas yetişdirdiyini deyib:

“Ancaq bu gün ölkədə ali təhsil müəssisələri ehtiyacdan çox sayda hüquqşünas yetişdirilir. Əslində, ehtiyac duyulan aqronom peşəsidir. Misal olaraq, bu gün hüquqşünaslarımız aqronomlardan aşağı əmək haqqı alır. Yaxud da bu gün 25 manatdan aşağı iş görən ağac budayan birini tapmaq olmur”.

Teqlər: