Deputat Naqif Həmzəyev seçicilərlə görüşüb (FOTO)

Seçiciləri ilə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan millət vəkili Naqif Həmzəyev növbəti qəbul keçirib. Onlayn qaydada keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib.

Müraciətlər əsasən gənclərin məşğulluğu, sosial və tibbi yardımlarla bağlı olub. Vətəndaşların müraciətləri qeydə alınıb, bəzi məsələlər yerindəcə həll edilib. Millət vəkili səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirərək qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib.

Millət vəkili Naqif Həmzəyev vətəndaşların problemlərini dinləməklə yanaşı onlara Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların sosial-müdafiəsinin və həyat şəraitlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə məlumat verib.

Qəbulda iştirak edən vətəndaşlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə və ərazi bütövlüyümüzün bərpa olunması, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri, şəhid ailələrinə və əlillərə yüksək dövlət qayğısı üçün ölkə rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Teqlər: