Millət vəkili K.Nurullayeva Cəmşid Naxçıvanski 61 və 67, o cümlədən Qara Qarayev 38, 40, 40A, 42 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirərək, onların şikayətlərini dinləyib və vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
AzerTimes-ın məlumatına görə, səsləndirilən müraciətlər arasında binanın həyətində yarımçıq qalmış tikinti işlərinin davam etdirilməsi, məhəllədaxili yola asfalt örtüyünün döşənməsi, yaşayış binasının zirzəmi qatındakı kanalizasiya sularının təmizlənməsi, blokların taxta qapılarının dəmir qapılarla əvəz olunması, binanın dam örtüyünün əsaslı təmir olunması və Vətən müharibəsi iştirakçısının işlə təmin olunması ilə bağlı şikayət və təkliflər yer almışdır.
Görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və qeyd olunan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.