Deputat Könül Nurullayeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub (FOTO)

Milli Məclisin deputatı Könül Nurullayeva Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkib, direktor Natella Həsənovanın rəhbərliyi altında mərkəzin kollektivi və müəllim heyəti ilə görüş keçirib.

Görüş zamanı K.Nurullayeva bildirib ki, müasir standartlara cavab verən mərkəzlərin yaradılması, həssas qrupa daxil olan uşaqların inkişafı və s. bu kimi məsələlər dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. O, həmçinin təmsil etdiyi Nizami rayonunda da daun sindromlu uşaqlar üçün belə yüksək səviyyəli bir mərkəzin yaradılmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.


Mərkəzdə kompüter, loqoped, riyaziyyat, astronomiya, psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları olmaqla yanaşı, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir. Mərkəzdə, eyni zamanda peşəkar müəllimlər tərəfindən 250-dən çox daun sindromlu uşağa xüsusi qayğı göstərilir, onların normal həyat şəraitini təmin etmək üçün lazımi addımlar atılır.

Teqlər: