Deputat komitə sədrinə səsləndi: Uşaq pulu…

Deputat komitə sədrinə səsləndi: Uşaq pulu…

Azərbaycan ailələrinin çox böyük problemləri var ki, geniş müzakirə olunmalıdır. Onlardan biri ailələrin tez dağılmasıdır. Bizdə möhkəm ailə institutu olub, təəssüf ki, indi bu zəifləyir. Abort, qızların ana olmaq istəməməsi problemdir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”nın müzakirəsi zamanı deyib.

“Bilmək istərdim ki, komitə ailələrin qorunması məsələsinə kömək edən uşaq pulu məsələsini dövlət qarşısında qaldırıbmı? Bu məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub”, – deputat bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qanunvericilikdə çoxuşaqlı ailələrin sayı məsələsinə baxmaq, ödəniş üşün uşaq sayı həddini aşağı endirmək olar:

“Ünvanlı yardımların daha əlçatan olması ilə bağlı məsələlər də həll edilə bilər”.

Teqlər: