Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkil etdiyi 15 İyun “Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşumuzun tarixi” adlı onlayn vebinar keçirilib.
Vebinar zamanı 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən seçilmiş deputat Rauf Əliyevin tələbələrlə görüşü baş tutdu. Ulu öndər Heydər Əliyevin hakimiyyətiə gəldiyi gündən, “vətəndaş müharibəsinə” son qoymasından, ölkəmizin gələcəyi üçün gördüyü böyük işlərdən, danışıldı. O qeyd etdi ki, Azərbaycan bu gün dünyanın ən sürətlə, hərtərəfli inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə davam edən geniş miqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, siyasi – ictimai və mədəni həyatında böyük xidmətlər göstərmişdir.
Daha sonra mərkəzin direktoru Pərviz Həmzəyev bir tarixçi kimi həmin illərdən danışdı. Mərkəzin tələbələri Fatimə Rəcəbova, Adil Rzayev, Əli Ömürmalıyev maraqlı çıxışlar etdikdən sonra öz suallarını qonağa ünvanladılar. Maraqlı fikirlər səsləndirildi. “Tədbirlərin təşkilatçısı” qrupunun tələbəsi Gülsüm Qafarovanın ifasında Heydər Əliyevə həsr olunmuş şeir səsləndirildi. Ümummilli liderin həyat yolundan bəhs edən video təqdim edildi.
Sonda bütün tədbir iştirakçıları sertifikatlarla təltif edildi.