Deputat: Bu dərman tapılmır, 1 manat idi, 200 manata qalxıb

Deputat: Bu dərman tapılmır, 1 manat idi, 200 manata qalxıb

Mənə bir neçə həkim zəng edərək ciddi bir problemdən bəhs edib. Adrenalin nədir ki, tapılmasın? Buna görə müəyyən cərahiyyə əməliyyatları təxirə salınır. Adrenalin apteklərdə 1 manat 50 qəpiyə satılırdı, indi 150-200 manat olduğu bildirilir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Rüfət Quliyev deyib.

Deputat əlavə edib ki, eyni zamanda Qlükoza, Natrium xlorid, fizioloji dərmanlar tapılmır:

“Mən araşdırma zamanı gördüm ki, bu dərmanları gətirmək üçün böyük prosedur qaydaları keçmək lazımdır. Eyni zamanda daha ciddi problem Rusiya-Ukrayna müharibəsidir. Əgər bu dərmanlar Türkiyədə satılırsa, onu rahat Azərbaycana gətirib, problemi həll edə bilərik”.

Teqlər: