Məşhur Hollivud ulduzu Conni Depp məhkəmədə keçmiş həyat yoldaşı Ember Herdin üzərində çaldığı qələbəni səs-küylü qeyd etmək qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Məlumata görə, Deppin təşkil etdiyi qələbə şənliyi Londonun “Laylou” klubunda baş tutub. Həmkarları və dostlarının iştirak etdiyi məclis aktyora 300 milyon dollara başa gəlib.
“Bu, möhtəşəm şənlik idi və hələ də bitməyib. Conni hələ məhkəməni udduğunu bilmirdi, çoxlu miqdarda pul xərclədi. Şərablar, kokteyllər, bahalı məkan. Aydındır ki, Conni Emberdən xilas olmağı belə qeyd etmək istəyib”, – məlumatda bildirilib.