Deportivo 2:6 Real Madrid

Deportivo 2:6 Real Madrid

İspaniya Liqasının 34-cü turunun oyunları keçirilib.

“Deportivo” öz meydanında “Real Madrid”i qəbul edib. Qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, “Real Madrid” ötən həftə “Barcelona”ya məğlub olmuşdu. Hazırda paytaxt klubu İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. O, bir sıra göstəricilərinə görə “Barcelona”dan geri qalır. Bu baxımdan madridlilərin hələ 1 ehtiyat oyunu var. “Deportivo” isə 16-cı pillədə qərarlaşıb.

“Deportivo” 2:6 “Real Madrid”
Qollar: Morata 1 ; Rodriqez 14 (0-2); Andone 35 (1-2); Lukas 44; Rodriqez 66; İsko 77 (1-5); Xoselu 84 (2-5); Kasemiro 87 (2-6);