2013-cü ildə Rusiya vətəndaşlığı alan fransız aktyor Jerar Depardye ölkədəki prodüser mərkəzini bağlamaq qərarına gəlib.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun dostu və prodüseri Arno Frilli məlumat yayıb.
O, mərkəzin bağlanmasının səbəbini işdə yaranan fasilə ilə əlaqələndirib. Frilli qeyd edib ki, gələcəkdə konkret layihələr olarsa, işi bərpa etmək mümkündür:
“Bu struktur audiovizual layihələrin inkişafı üçün yaradılıb. Davamlı fəaliyyət olmadan bu sistem faydasızdır, çünki hətta fasilələr zamanı da xərc tələb olunur”, – deyə prodüser vurğulayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Depardye Rusiyanın Ukraynaya hücumunu sərt tənqid etmişdi.