“Dənizdən-dənizə” idik, “İtdən-itə” olduq – Aşotyan

“Dənizdən-dənizə” idik, “İtdən-itə” olduq – Aşotyan

Qısaca ümumiləşdirsək, deyə bilərik ki, gələn il biz Nikolla (Ermənistanın Baş naziri Nikol Paşinyan – red.) yenidən və “arsaxsız” görüşəcəyik.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Biz “arsax”sızıq, çünki Nikolla bir yerdəyik. Gələn hər ili, ayı, həftəni və səhəri Nikolla qarşıladığımız zaman “olmayanların” siyahısı genişlənəcək. 2023-cü ildə vaxtilə “dənizdən-dənizə” xəyal quran Ermənistan indi “itdən-itə Ermənistan” oldu. İlk baxışdan elə görünə bilər ki, məşhur 18+ fəalı ilə keçmiş dünya ulduzunun Ermənistana təsiri arasında heç bir əlaqə yoxdur. Ancaq bu yalnız ilk baxışdan belədir. Çünki reallıqda hər iki fakt ölkənin sistem böhranının iki simvolik təzahürüdür”, – Aşotyan bildirib.

Onun sözlərinə görə, Nikolun səyləri sayəsində Ermənistanda siyasət klinik ölüm yaşayır:

“İdeya, məqsəd, güc, müqavimət, qaydalar yoxdur. Snup Doqun (amerikalı reper – red.) konsertinin böyük dövlət vəsaiti hesabına təşkil edilməsi təşəbbüsü xalqı bürümüş sistem böhranının ən bariz nümunələrindən biridir. Hakimiyyətin konsert sayəsində Ermənistanın dünyada tanınmasını artırmağa haqq qazandırması “5000 illik tarixi olan xalqın” (? – red.) qaralmış sifətində üfunət iyi verir”.

Teqlər: