Dənizdə batma təhlükəsi ilə üzləşən beş nəfər xilas edilib

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən beş nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Corat”, “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 1 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.


Teqlər: