“Mingəçevir”, “Şüvəlan” və “Nardaran” sularda xilasetmə məntəqələrinin ərazisində, “Bilgəh”, “Qobustan” və “Görədil” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində batma təhlükəsində olan səkkiz nəfər xilas olunub.