Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edilib

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan”, “Corat”, “Buzovna” sularda xilasetmə məntəqələrinin ərazisində və 4 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub.


Teqlər: