Dənizdə batan gəncin axtarışları davam edir – Video

Dənizdə batan gəncin axtarışları davam edir – Video

Sabunçu rayonunda dənizdə batan vətəndaşın axtarışları fasiləsiz olaraq davam etdirilir.

AzerTimes xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Avqustun 20-də 1 nəfərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər. Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanovun axtarışları dalğıclar tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Teqlər: