Xəbər - Elçin Mehdiyev – Trend:
Dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi ilə bağlı qanuna dəyişiklik edilir.
AzerTimes-ın məlumaına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanunun 28-ci maddəsinə (Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri) dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliklə qanunun 28.14-cü bəndi yeni redaksiyada verilir.
Yeni redaksiyaya əsasən, dənizçinin şəxsiyyət sənədi on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat dövlət rüsumu tutulacaq.
Hazırda dənizçinin şəxsiyyət sənədinin verilməsinə görə rüsum 30 manat təşkil edir. Lakin hazırda qanunda dənizçinin şəxsiyyət sənədinin on iş günü müddətində verildilməsi və ya dəyişdirilməsi, beş iş günü müddətində verilməsi və ya dəyişdirilməsi, bir iş günü müddətində verilməsi və ya dəyişdirilməsi ilə bağlı məslələr öz əksini tapmayıb.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.