Bundan əvvəl üç idarənin yerinə yetirdiyi funksiyanı indi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazırliyinin tabeliyində fəaliyyət
göstərən Dövlət Dəniz və Liman Agentliyi yerinə yetirir.
Bunu “ARB” telekanalının “Diqqət efir” verilişinə müsahibəsində
Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif
Məmmədov deyib.
Qurum rəhbəri qeyd edib ki, Agentlik sıravi heyətə – növbə
matrosu, növbə motorçusu, elektrik, aşpaz, gəmi kranoperatoruna
diplomların verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı yeni
bir addım atıb. Belə ki, artıq dənizçilər təlim-tədris
mərkəzlərində təlimlərini müvəffəqiyyətlə tamamladıqdan sonra
Agentliyə gəlib imtahansız diplomlarını ala bilirlər.
“Komandir heyəti də əvvəllər öz diplomlarını yeniləmək üçün
Agentlikdə mütləq şəkildə imtahandan keçməli idi. Ancaq bizim
atdığımız addımla artıq buna ehtiyac qalmadı. Biz təkmilləşdirmə
kursunu müvəffəqiyyətlə tamamlamış komandir heyəti üzvlərini
imtahan vermək məcburiyyətindən azad etdik”, – deyə Agentlik sədri
vurğulayıb.