Denis Puşilin qaçdı, Donetsk separatçıları təşviş içərisində

Denis Puşilin qaçdı, Donetsk separatçıları təşviş içərisində

Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı fonunda qondarma “dxr”nin rəhbəri Denis Puşilin Donetskdən qaçıb.

AzerTimes xəbər verir ki, bu haqda Ukrayna kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, böyük ehtimalla işğal administrasiyasının “rəhbəri” Rusiya ərazisindədir.

Bundan əvvəl məlumat daxil olub ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə əks-hücum keçirməsi səbəbindən “dxr”dəki yaraqlılar çaxnaşmaya başlayıb. Səbəblərdən biri də səfərbər oluna biləcək kişilərin olmaması olub. Qondarma-respublikadan hərbi yaşda olan insanların böyük əksəriyyətinin Ukraynaya qarşı müharibəyə göndərildiyi, nəticədə isə “dxr”nin lideri Denis Puşilinin Donetskdən qaçmaq qərarına gəldiyi bildirilib.

Ukrayna kəşfiyyatındakı mənbə işğal administrasiyasının “rəhbərinin” dəqiq hara getdiyini açıqlamasa da, onun gedəcək yerlərinin az olduğunu, çox güman ki, Rusiyadan kənarda gizləndiyini deyib.

Qeyd edək ki, Ukrayna tərəfi hələki kəşfiyyatın məlumatını şərh etməyib.

Teqlər: