Dendias yenidən Türkiyəyə gəlir

Dendias yenidən Türkiyəyə gəlir

Yunanıstan xarici işlər naziri Nikos Dendias bu gün İstanbula gələcək.

AzerTimes xəbər verir ki, bu barədə CNN Türkiyə məlumat yayıb.

Bildirilib ki, nazir İstanbulda Ortodoks bayramında iştirak edəcək.

Həm Türkiyədəki zəlzələ, həm də Yunanıstanda baş verən qatar qəzası qurbanları üçün dualar oxunacaq.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra Dendias fevralın 12-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Hatayda olub.

Teqlər: