Dendias təyyarədən düşmədi – Dibeybədən cavab

Dendias təyyarədən düşmədi – Dibeybədən cavab

Yunanıstanın suverenliyimizə qarşı hərəkətlərinə icazə verməyəcəyik.

AzerTimes xəbər verir ki, bunu Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə Yunanıstan xarici işlər naziri Nikos Dendiasın Tripoliyə enəndən sonra təyyarədən düşməməsi və geri qayıtmasına münasibət bildirərkən deyib.

Yunanıstan dövləti ilə diplomatik əlaqələrin əsasının qarşılıqlı hörmətə əsaslandığını vurğulayan Dibeybə Liviya dövlətinə və suverenliyinə qarşı hərəkətlərə icazə verməyəcəyini bildirib.

Öz növbəsində Liviya xarici işlər naziri Nəcla Mənquş da Dendiasın təyyarədən enməməsinin qeyri-diplomatik bir davranış olduğunu vurğulayıb.

Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Liviya paytaxtına çatdıqdan sonra təyyarədən enməkdən imtina edib və Benqaziyə gedərək ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftar ilə görüşüb. Buna səbəb kimi isə onu qarşılamağa gələn XİN rəhbəri ilə görüşmək istəməməsini göstərib. Belə ki, Dendias yalnız prezidentlə görüş üçün gəldiyini bildirib.

Bu addım isə iki ölkə arasında diplomatik böhrana səbəb olub.

Teqlər: