ABŞ Konqresinin 30-dan çox Demokrat üzvü artıq hazırki Prezident Co Baydeni yenidən seçki planlarından əl çəkməyə və geri çəkilməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
“ABŞ Konqresindəki 32 demokrat, o cümlədən 28 konqresmen və dörd senator birbaşa dövlət başçısına seçki yarışından geri çəkilməyə çağırıb. 64 demokrat qanunverici (51 konqresmen və 13 senator) Baydeni prezidentlik yarışında qalmağa səsləyib”, – məlumatda deyilir.